...

Rövnəq Abdullayev: Bakı NEZ-in modernləşdirilməsi 2018-ci ilin sonuna yekunlaşacaq

Energetika Materials 14 Sentyabr 2015 17:48 (UTC +04:00)
Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunun (NEZ) modernləşdirilməsi prosesi 2018-ci ilin sonuna başa çatacaq.
Rövnəq Abdullayev: Bakı NEZ-in modernləşdirilməsi 2018-ci ilin sonuna yekunlaşacaq

Azərbaycan, Bakı, 14 sentyabr /Trend, müxbir Maksim Tsurkov/

Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunun (NEZ) modernləşdirilməsi prosesi 2018-ci ilin sonuna başa çatacaq. Trend-in məlumatına görə, bunu jurnalistlərə SOCAR-ın prezidenti Rövnəq Abdullayev deyib.

Onun sözlərinə görə, zavodda modernləşdirmə işləri yekunlaşdıqdan sonra "Azərneftyağ" NEZ-in ləğvi və onun ərazisinin Bakı Şəhər İcra Hakimiyyətinə təhvil verilməsi məsələləri həllini tapacaq.

SOCAR 2015-ci ilin yanvarında "Azneftyağ"ın ləğvini və onun Heydər Əliyev adına Bakı NEZ-lə birləşəcəyini açıqlamışdı.

R.Abdullayev qeyd edib ki, iki NEZ-in birləşməsi prosesi sürətli templə gedir: "Bu ilin sonuna Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunun maliyyələşdirilməsi və "Azərneftyağ" Neft Emalı Zavodunda olan yeni bitum qurğusunun tikintisi həyata keçirilməlidir. Artıq böyük qruplar bu layihələrin üzərində işləyir. Bu gün bu layihə artıq yekun maliyyələşdirmə qərarı (FİD - red.) səviyyəsinə gəlib çıxıb. Düşünürəm ki, 2018-ci ilin axırına biz zavodlarımızın modernləşdirmə işini başa çatdırıb "Euro-5" ekoloji standartı ilə keyfiyyətli benzin və dizel istehsal edəcəyik. Bununla da 2030-cu ilin ortalarına ölkədə benzinə və dizelə tələbatı hələlik bu zavoddakı istehsal hesabına ödəyəcəyik".

O, əlavə edib ki, "Azərneftyağ" zavodunda bitum qurğusu öz işini hələ davam etdirəcək: "O, ildə 500 min ton gücü olan bitum qurğusunun tikintisini başa çatdırdıqdan sonra 2017-ci ilin sonuna quraşdırılacaq. Bu səbəbdən Azərbaycanda bitum qıtlığı gözlənilmir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti