...

Bakı NEZ-də qurğulardan biri təmir olunur

Energetika Materials 30 Sentyabr 2015 17:19 (UTC +04:00)
Heydər Əliyev adına Neft Emalı Zavodunun (NEZ) katalitik krekinq qurğusunun 100-cü bölməsi təmir olunur.
Bakı NEZ-də qurğulardan biri təmir olunur

Azərbaycan, Bakı, 30 sentyabr /Trend, müxbir Maksim Tsurkov/

Heydər Əliyev adına Neft Emalı Zavodunun (NEZ) katalitik krekinq qurğusunun 100-cü bölməsi təmir olunur.

Trend SOCAR-ın saytına istinadən məlumat verir ki, Heydər Əliyev adına Neft Emalı Zavodunun texnoloji qurğularının yenidənqurulması və modernləşdirilməsi istiqamətində 55 №-li katalitik krekinq qurğusunun gücünün artırılması, keyfiyyət göstəricilərinin yaxşılaşdırılması, istismar xərclərinin aşağı salınması, dizel yanacaqlarının keyfiyyət göstəricilərinin artırılması məqsədi ilə qurğunun 100-cü bölməsində bir sıra texniki tədbirlər həyata keçirilir.

Hazırda qurğunun İD 101 istidəyişdiricilərinin 12 boru dəstinin dəyişdirilməsinə başlanılıb. Boru dəstləri texniki-mexaniki quruluşuna görə mürəkkəb konstruksiyaya malik olduğundan onların sökülüb, yeniləri ilə əvəz olunması nəzərdə tutulub. Bu işə zavodun 13№-li təmir-quraşdırma sahəsinin və digər sahələrdəki təmir briqalarının çilingərləri cəlb olunub. Təmir dövründə qurğunun modernləşdirilməsi ilə əlaqədar 100-cü bölmədə boru xətləri demontaj edilərək yeniləri ilə əvəz olunacaq. O cümlədən, 103-cü tutumdan nasoslara qədər daha böyük diametrli yeni boru xətləri çəkilir. Hazırda hidrogen kompressorların elektrik mühərriklərində və elektrik siyirtmələrində yağ açarlarının vakuum açarları ilə əvəzlənməsi işləri aparılır.

Bоşdаyаnmаlаrа yоl vеrmədən qısа vахt ərzində işlərin bаşа çаtdırılmаsınа nаil оlmаq, оpеrаtivliyi, çеviкliyi təmin еtməк üçün zаvоdun bаş mühəndisinin rəhbərliyi ilə mехаniка, əsаslı tiкinti хidməti, еnеrgеtiка, metrologiya şöbələrinin mütəхəssisləri işlərə daimi nəzarət edirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti