Azərbaycan, Bakı, 12 noyabr /Trend/
Rusiya Azərbaycan və İranla enerji sistemlərinin birləşməsinə marağı təsdiq edir.
Trend-in TASS-a istinadən verdiyi məlumata görə, bunu Rusiyanın energetika naziri Aleksandr Novak deyib.
A.Novak bildirib: "Biz, həmçinin Rusiya, İran və Azərbaycanın enerji sistemlərinin birləşməsi məsələsinin öyrənilməsinə marağı təsdiq edir və üçtərəfli işçi qrupun bərpa edilməsini məqsədəuyğun hesab edirik".