...

Bakı NEZ-də PreFEED layihəsi tamamlanır

Energetika Materials 25 Noyabr 2015 16:47 (UTC +04:00)
Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunun (NEZ) ilkin emal qurğusunun rekonstruksiyası üzrə PreFEED mərhələsi tamamlanmaq üzrədir.
Bakı NEZ-də PreFEED layihəsi tamamlanır

Bakı. Maksim Tsurkov - Trend:

Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunun (NEZ) ilkin emal qurğusunun rekonstruksiyası üzrə PreFEED mərhələsi tamamlanmaq üzrədir.

Trend SOCAR-ın saytına istinadən məlumat verir ki, H.Əliyev adına NEZ ilə "SOCAR Foster Viler Mühəndis Xidmətləri" MMC arasında imzalanmış müqaviləyə əsasən, zavodun neftin ilkin emalı qurğusunun xam neftə görə məhsuldarlığının illik 6 milyon tondan 7,5 milyon tonadək artırılması məqsədilə həyata keçirilən PreFEED mərhələsi başa çatmaq üzrədir. Rekonstruksiya işlərini nəzərdə tutan bu mərhələ əsas ofisi Milan şəhərində yerləşən AFV (Amec Foster Viler) və Bakıda fəaliyyət göstərən SFV şirkətləri tərəfindən icra olunur.

Qeyd edək ki, rekonstruksiya işlərinə başlamaq üçün cari ilin iyun ayında Bakıda keçirilmiş ilkin əlaqələndirmə iclası zamanı texniki-texnoloji məsələlərə aydınlıq gətirilib, qurğu üzrə mövcud texniki mühəndislik sənədləri icraçı tərəfə təqdim olunub. Aparılmış layihələndirmə tədqiqat işləri nəticəsində podratçı tərəfindən ilkin emal qurğusunun yeni texnoloji konfiqurasiyası müəyyənləşib və texniki məlumatlar "Aspentech Hysys v.7.3", "Promax 3.2" mühəndislik proqramları və digər müasir proqramlar vasitəsilə işlənərək simulyasiya olunub.

Beləliklə, qarşıya qoyulan prioritet məsələlər istiqamətində işlərə start verilib, NEZ tərəfindən Texniki Tapşırıq əsasında bir sıra mühəndislik parametrləri üzrə tələblər irəli sürülüb. İlkin emal qurğusunun rekonstruksiyası üzrə layihənin uğurlu icrası üçün layihə üzrə PMC şirkət olan (layihənin idarəedici podratçısı) "Fluor" ilə birlikdə bütün texniki imkanlardan istifadə olunub.

Yaxın zamanda PreFEED mərhələsinin tamamlanması nəzərdə tutulur. Bundan sonra layihənin növbəti - FEED (ilkin detallı layihələndirilmə) mərhələsinə keçiləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti