...

Neftimiz bahalaşıb

Energetika Materials 31 Yanvar 2017 11:40 (UTC +04:00)
CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti yanvarın 30-da 55,82 dollar/barel təşkil edib
Neftimiz bahalaşıb

Bakı. Maksim Tsurkov - Trend:

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti yanvarın 30-da 55,82 dollar/barel təşkil edib ki, bu da cümə gününə olan göstəricidən 0,01 dollar/barel çoxdur.

Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti yanvarın 30-da 55,14 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,03 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti yanvarın 30-da 52,63 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,02 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti yanvarın 30-da 54,85 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,03 dollar/barel azdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti