...

OPEK+ xartiyası təşkilatın növbəti görüşündə yekunlaşdırılacaq

Energetika Materials 17 Mart 2019 22:46 (UTC +04:00)

Bakı. Ləman Zeynalova - Trend:

OPEK+ xartiyası təşkilata üzv ölan və olmayan ölkələrin nazirlərinin növbəti görüşündə yekunlaşdırılacaq.

Trend-in məlumatına görə, bunu Rusiyanın energetika naziri Aleksandr Novak Bakıda keçirilən OPEK+ iclasının yekunları üzrə mətbuat konfransında deyib.

A.Novak bildirib: "Bugünkü görüş zamanı biz OPEK+ arasındakı xartiyanın hazırlanmasını müzakirə etdik. Növbəti OPEK+ nazirlər görüşündə xartiya yekunlaşdırılacaq".

Nazir xatırladıb edib ki, OPEK+ razılaşması bu ilin iyun ayında qüvvədən düşür: "May və iyun aylarında ilin ikinci yarısında nə edəcəyimiz barədə qərar verməliyik. Biz OPEK+ sazişinə sadiq qalmaqda davam edirik. Biz bu razılaşmanın mübət nəticəsini görürük".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti