...

Bakı Neft Emalı Zavodunda çirkab suların təmizlənməsi qurğusu işə salınacaq (FOTO)

Energetika Materials 15 Aprel 2022 13:13 (UTC +04:00)
Bakı Neft Emalı Zavodunda çirkab suların təmizlənməsi qurğusu işə salınacaq (FOTO)
Sədrəddin Ağcayev
Sədrəddin Ağcayev
Bütün xəbərlər

Bakı. Trend:

Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda (NEZ) çirkab suların təmizlənməsi qurğusunun 2022-ci ilin ikinci yarısında istismara verilməsi planlaşdırılır.

Trend-in məlumatına görə, bunu SOCAR-ın "Downstream Management" şirkətinin Baş direktorunun müavini, layihənin direktoru Emil Alxaslı deyib.

O bildirib ki, artıq Xəzərin Bakı akvatoriyasına müvafiq boru xətləri çəkilib.

"Bu xətlərin ümumi uzunluğu 10 kilometr təşkil edir", - E.Alxaslı deyib.

O, həmçinin bildirib ki, qurğu suyu 80-100 faiz təmizləmək gücündədir.

"Qurğunun işə salınması üçün sınaq və hazırlıq işləri görülür. Avadanlığın gücü 750 kubmetr/saata bərabərdir", - deyə o bildirib.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti