...

Azərbaycan neft qiymətlərinin həftəlik İCMALI

Energetika Materials 8 Mart 2025 11:09 (UTC +04:00)
Azərbaycan neft qiymətlərinin həftəlik İCMALI
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu həftə ərzində “Azeri LT CIF”, “Azeri Light FOB Ceyhan”, “Dated Brent” və “Urals” (EX NOVO) markalı xam neftin orta qiymətində azalma qeydə alınıb.

Trend xəbər verir ki, Azərbaycanın "Azəri-Çıraq-Günəşli" yatağında hasil edilən "Azeri Light CIF" markalı xam neftin orta qiyməti ötən həftə ilə müqayisədə 2,55 ABŞ dolları və ya 3,36% azalaraq 73,25 dollar/barel təşkil edib.

Dövr ərzində bu markalı xam neftin maksimum qiyməti 75,68 dollar/barel, minimum isə 71,40 dollar/barel olub.

Bu həftə Türkiyənin Ceyhan limanında FOB bazası əsasında "Azeri Light" markalı xam neftin orta qiyməti 71,98 dollar/barel təşkil edib ki, bu da əvvəlki həftənin göstəricisindən 2,53 ABŞ dolları və ya 3,39% azdır. Sözügedən dövr ərzində bu markalı xam neftin maksimal qiyməti 74,43 dollar/barel, minimum isə 70,12 dollar/barel olub.

URALS markalı xam neftin orta qiyməti ötən həftə ilə müqayisədə 2,17 ABŞ dolları və ya 3,71% azalaraq, 56,27 dollar/barel təşkil edib. Həftə ərzində URALS neftinin maksimal qiyməti 58,76 dollar/barel, minimum isə 54,47 dollar/barel olub.

“Dated Brent” markalı neftin orta qiyməti 1,98 dollar və ya 2,69% ucuzlaşaraq 71,58 dollar/barelə bərabər olub. Bu həftənin yekunlarına görə, “Dated Brent” neftinin maksimal qiyməti 73,92 dollar/barel, minimum isə 69,83 dollar/barel təşkil edib.

Neftin növü / tarix

03.03.2025

04.03.2025

05.03.2025

06.03.2025

07.03.2025

Orta qiymət

Azeri LT CIF

$75,68

$73,35

$71,40

$71,96

$73,85

$73,25

Azeri Light FOB Ceyhan

$74,43

$72,08

$70,12

$70,71

$72,58

$71,98

Urals (EX NOVO)

$58,76

$56,43

$54,47

$54,94

$56,74

$56,27

Dated Brent

$73,92

$71,79

$69,83

$70,31

$72,07

$71,58

Məqalədə:
Xəbər lenti

Xəbər lenti