...

Həftə ərzində neft qiymətləri artıb - İCMAL

Energetika Materials 22 Mart 2025 11:38 (UTC +04:00)
Həftə ərzində neft qiymətləri artıb - İCMAL
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu həftə ərzində “Azeri LT CIF”, “Azeri Light FOB Ceyhan”, “Dated Brent” və “Urals” (EX NOVO) markalı xam neftin orta qiymətində artım qeydə alınıb.

Trend xəbər verir ki, Azərbaycanın "Azəri-Çıraq-Günəşli" yatağında hasil edilən "Azeri Light CIF" markalı xam neftin orta qiyməti ötən həftə ilə müqayisədə 0,19 ABŞ dolları və ya 0,26% artaraq, 73,44 dollar/barel təşkil edib.

Dövr ərzində bu markalı xam neftin maksimum qiyməti 74,04 dollar/barel, minimum isə 72,81 dollar/barel olub.

Bu həftə Türkiyənin Ceyhan limanında FOB bazası əsasında "Azeri Light" markalı xam neftin orta qiyməti 72,06 dollar/barel təşkil edib ki, bu da əvvəlki həftənin göstəricisindən 0,08 ABŞ dolları və ya 0,11% çoxdur. Sözügedən dövr ərzində bu markalı xam neftin maksimal qiyməti 72,61 dollar/barel, minimum isə 71,48 dollar/barel olub.

URALS markalı xam neftin orta qiyməti ötən həftə ilə müqayisədə 0,88 ABŞ dolları və ya 1,57% artaraq, 57,05 dollar/barel təşkil edib. Həftə ərzində URALS neftinin maksimal qiyməti 57,77 dollar/barel, minimum isə 56,44 dollar/barel olub.

“Dated Brent” markalı neftin orta qiyməti 0,62 dollar və ya 0,87% bahalaşaraq 72,12 dollar/barelə bərabər olub. Bu həftənin yekunlarına görə, “Dated Brent” neftinin maksimal qiyməti 72,55 dollar/barel, minimum isə 71,52 dollar/barel təşkil edib.

Neftin növü / tarix

17.03.2025

18.03.2025

19.03.2025

20.03.2025

21.03.2025

Orta qiymət

Azeri LT CIF

$73,42

$72,90

$72,81

$74,02

$74,04

$73,44

Azeri Light FOB Ceyhan

$72,07

$71,56

$71,48

$72,6

$72,61

$72,06

Urals (EX NOVO)

$56,96

$56,51

$56,44

$57,58

$57,77

$57,05

Dated Brent

$72,26

$71,73

$71,52

$72,54

$72,55

$72,12

Məqalədə:
Xəbər lenti

Xəbər lenti