Bakı. Trend:
Bu həftə ərzində “Dated Brent”, “Azeri LT CIF”, “Azeri Light FOB Ceyhan” və “Urals” (EX NOVO) markalı xam neftin orta qiymətində artım qeydə alınıb.
Trend xəbər verir ki, Azərbaycanın "Azəri-Çıraq-Günəşli" yatağında hasil edilən "Azeri Light CIF" markalı xam neftin orta qiyməti əvvəlki həftə ilə müqayisədə 0,41 ABŞ dolları və ya 0,6% artaraq, 68,54 dollar/barel təşkil edib.
Dövr ərzində bu markalı xam neftin maksimum qiyməti 69,99 dollar/barel, minimum isə 67,63 dollar/barel olub.
Ötən həftə ərzində Türkiyənin Ceyhan limanında FOB bazası əsasında "Azeri Light" markalı xam neftin orta qiyməti 66,81 dollar/barel təşkil edib ki, bu da əvvəlki həftənin göstəricisindən 0,5 ABŞ dolları və ya 0,75% çoxdur. Sözügedən dövr ərzində bu markalı xam neftin maksimal qiyməti 68,25 dollar/barel, minimum isə 65,90 dollar/barel olub.
URALS markalı xam neftin orta qiyməti əvvəlki həftə ilə müqayisədə 1,01 ABŞ dolları və ya 1,9% artaraq, 53,17 dollar/barel təşkil edib. Həftə ərzində URALS neftinin maksimal qiyməti 53,76 dollar/barel, minimum isə 52,22 dollar/barel olub.
Ötən həftə ərzində “Dated Brent” markalı neftin orta qiyməti əvvəlki həftə ilə müqayisədə 0,33 dollar və ya 0,49% bahalaşaraq 67,67 dollar/barelə bərabər olub. Həftənin yekunlarına görə, “Dated Brent” neftinin maksimal qiyməti 68,99 dollar/barel, minimum isə 66,94 dollar/barel təşkil edib.
Neftin növü / tarix |
21.04.2025 |
22.04.2025 |
23.04.2025 |
24.04.2025 |
25.04.2025 |
Orta qiymət |
Azeri LT CIF |
- |
$69,99 |
$67,63 |
$68,01 |
$68,55 |
$68,54 |
Azeri Light FOB Ceyhan |
- |
$68,25 |
$65,90 |
$66,27 |
$66,82 |
$66,81 |
Urals (EX NOVO) |
- |
$53,76 |
$52,22 |
$53,11 |
$53,59 |
$53,17 |
Dated Brent |
- |
$68,99 |
$66,94 |
$67,24 |
$67,50 |
$67,67 |
Qeyd edək ki, 18-21 aprel tarixləri Böyük Britaniyada rəsmi olaraq bayram günlərinə təsadüf etdiyindən həmin tarixlərdə birjalar işləməyib. Bu səbəbdən də neft qiymətləri açıqlanmayıb.