AR DNŞ-dən Trend agentliyinə verilmiş məlumata əsasən, iyul ayında Azərbaycan Dövlət Neft Şirkəti mazutun yenidən emalından sonra "Heydər Əliyev adına" NEZ-da alınınmış 35 ton krekinq prosesindən keçmiş mazutu Fransanın Total və Sinqapurun Petrofarm şirkətlərinə göndərmək fikrindədir.
İyul ayında Azərneftyağ NEZ "Heydər Əliyev adına" NEZ-yə çoxlu miqdarda mazut verəcək və onun emalından sonra sonuncu 20 min ton avtobenzin vıə 75 min ton krekinqlənmiş mazut istehsal edə biləcək.
AR DNŞ-ın nümayəndəsinin sözlərinə görə iyul ayında Gürcüstan bazarının tələbatını ödəmək üçün Fransanın Total şikətinə 5 min ton krekinq-mazut, daha 30 min ton isə Gürcüstanın Poti və Batumi limanlarına nəql etmək üçün Petrofarma göndəriləcək. "İyul ayında mazutun ixracını planlaşdırılmış 35 mindən 100 min tona qədər artırmaq imkanı istisna edilmir", - deyə AR DNŞ-da bildiriblər.
Yanvar-iyun aylarında "Heydər Əliyev adına" NEZ-də 4601,1 min ton müxtəlif neft məhsulları icrac olunmuşdur ki, bu da 2004-cü ilin birinci yarısında ixrac edilmiş neft məhsullarından 41,5 min ton çoxdur.