...

ARDNŞ XARİCİ ŞİRKƏTLƏRLƏ BİRGƏ $800 MLN MƏBLƏĞİNDƏ KƏŞFİYYAT İŞLƏRİ APARIB

Energetika Materials 12 Avqust 2005 17:23 (UTC +04:00)

ARDNŞ indiyədək xarici şirkətlərlə birgə Azərbaycanda ümumi məbləği $800 mln. olan kəşfiyyat işləri aparıb.Avqustun 12-də keçirilən mətbuat konfransında ARDNŞ prezidentinin geologiya və geofizika üzrə müavini Xoşbəxt Yusifzadə bu barədə bəyan edib.Onun sözlərinə görə, bu məbləğdən $600 mln. ödənilməyəndir.

"Bizim xüsusi vəsaitlərimiz hesabına belə məbləğdə kəşfiyyat işlərinin aparılması mümkün olmazdı" -deyə o bildirib.

$800 mln. məbləğinə "Azəri-Çıraq-Günəşli", "Şahdəniz" və digər yataqlarda aparılan kəşfiyyat işləri daxildir. ARDNŞ xarici şirkətlərlə bağlanmış bütün PSA tipli müqaavilələrdə iştirk edir.

Xəbər lenti

Xəbər lenti