...

Cənubi-Qafqaz boru kəməri 2006-cı ilin III rübündə ilk qazın alınması üçün hazır olacaq

Energetika Materials 8 Dekabr 2005 15:45 (UTC +04:00)

Cənubi -Qafqaz qaz kəməri (SCP) dənizdəki "Şahdəniz" yatağından ilk qazı qəbul etmək üçün 2006-cı ilin 3-cü rübündə tam hazır olacaq. Bu barədə layihənin operatoru olan BP -dən Trend ə məlumat verilib.

"Hazırda Azərbaycan və Gürcüstan ərazisində boru kəmərində aparılan bütün mexaniki işlər 95% başa çatdırılıb. Bu işlər ilin sonuna kimi tamamailə başa çatdırılacaq. 2006-cı ilin əvvəlindən yoxlama və buraxılış- sazlama işləri həyata keçiriləcək", - deyə BP-dən bildiriblər.

Hazırda Amerikanın McDermott şirkəti "Şahdəniz"in işlənməsi üzrə layihənin "Msərhələ-1" çərçivəsində sualtı boru kəmərinin tikintisini davam etdirir. McDermott TPG-500 platformasından Səngəçal terminalının infrastrukturlarına qədər kondensatın vurulması üçün boru kəməri (uzunluğu 91 km, diametri 12 dyümü), qaz kəməri (uzunluğu 91 km, diametri 26 döym), monoetilenqlikolun (uzunluğu 91 km., diametri 4 düyüm) vurulması üçün 3 boru kəməri tikir.

"Şahdəniz"dən ilk qazın hasil edilməsi 2006-cı ilin payızına nəzərdə tutulub. Qaz dünya bazarına SCP boru kəməri vasitəsilə daxil olacaq və kondensat Azeri Light sortundan olan neftlə birgə BTC boru kəmərinə vurulacaq. "Şahdəniz" üzrə tərəfdaşlar ildə TPG-500 platformasından hər biri sutkada 45 min barel (ildə 2 mln tondan artıq) qaz kondensatı olmaqla 8,5 mlrd kubmetr qaz hasil etmək niyyətindədirlər. TPG-500 platfomasında bütün hasilat quyularının işlədiyi vaxt belə kondensat həcmi istehsal olunacaq.

Xəbər lenti

Xəbər lenti