...

ARDNŞ Roc Oil üçün Batumidə aviasiya kerosinin tanker partiyasını təşkil edib

Energetika Materials 4 Mart 2006 12:39 (UTC +04:00)

AR DNŞ Gürcüstanın Batumi limanına Roc Oil treyderinə növbəti daşınma üçün yığılması məqsədilə 25 min ton TS-1 markalı aviasiya kerosini nəql edib. Bu barədə Trend ə AR DNŞ-də bildirilib.

Roc Oil Qara dəniz limanlarından Azərbaycan nefti və neft məhsullarının ənənəvi alıcısıdır.

AR DNŞ aprelin 10-na kimi Roc Oil treyderinə TS-1 markalı aviasiya kerosini yükləməyi planlaşdırır. Məhsul Heydər Əliyev adına (keçmiş "Azərneftyanacaq") NEZ-də istehsal olunub

2005-ci ildə AR DNŞ NEZ-dən təxminən 150 min ton kerosin ixrac edib.

Aviasiya kerosininin spesifik xüsusiyyəti belədir:qaynamanın başlanğıc nöqtəsi - 150S, his etməyən alovun maksimal hündürlüyü- 25 mm, alışma temperaturu - 28S, donma temperaturu- (-) 50S, aromatik karbohidratlar- 22%, kükürd - 0,25%.

Xəbər lenti

Xəbər lenti