...

Butan-butilen fraksiyasının istehsalı 9 min ton artıb

Energetika Materials 17 Mart 2006 15:55 (UTC +04:00)

2006-cı ilin yanvar-fevral aylarında Heydər Əliyev adına (keçmiş "Azneftyanacaq") neft emalı zavodunda (NEZ) 17,11 min ton butan-butilen fraksiyaları istehsal edib ki, bu da ötən ilin analoji dövründəkindən 9,23 min ton çoxdur. Bu barədə Trend ə Dövlət Neft Şirkətindən (ARDNŞ) məlumat verilib. Bu əlvan neft məhsulunun istehsalı 2006-cı ilin yanvar-fevral ayları üçün planlaşdırılan göstəricidən 3,3 dəfə (5,2 min ton) artıqdır.

Bu ilin fevral ayında NEZ 1,73 min ton butan-butilen fraksiyaları istehsal edib ki, bu da bu ay üçün planlaşdırılandan 4,3 dəfə çoxdur. 2005-ci ildə butan-butilen fraksiyalarının istehsalının həcmi 129,64 min ton təşkil edib. Bu proqnozdan 23,4 min ton (22,1%) çoxdur və 2004-cü ildəkindən 2,03 min ton artıqdır.

2005-ci ildə bu müəssisədə 3,02 min ton propan-propilen fraksiyaları istehsal olunub. Bu proqnozdan 12,9 min ton (-20,48%) artıqdır. 2004-cü ildə NEZ-da 5,07 min ton neft məhsulunun bu növü istehsal olunub ki, bu da 2005-ci ildəkindən 2,05 min ton çoxdur.

Xəbər lenti

Xəbər lenti