...

Fevral ayında Azərbaycanın quru yataqlarında xarici kapitalla işləyən şirkətlərin neft hasilatı

Energetika Materials 24 Mart 2006 12:39 (UTC +04:00)

Fevralda Azərbaycanın quru yataqlarında xarici payın iştirakı ilə neft hasil edən 8 şirkət arasında Salyan Oil əməliyyat şirkəti (ƏŞ) daha çox- 25 min ton neft hasil edib ki, bu da 2005-ci ilin fevral ayındakından 8,3% azdır.

Trend in verdiyi məlumata görə, KAOC ƏŞ fevral ayında 20,8 min ton neft hasil edib ki, bu da ötən ilin analoji dövründəkindən 11,6% çoxdur. Shirvan Oil birgə müəssisəsi (BM) ötən ay 17,9 min ton neft hasil edib ki, bu da 2005-ci ilin fevral ayındakından 4,2% azdır. Binəgadi Oil ƏŞ fevralda 6,7 min ton neft hasil edib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 0,7% çoxdur. Azgerneft BM 5,2 min ton neft çıxarıb ki, bu da ötən ilin analoji dövründəkindən 16,6% çoxdur. Anshad Petrol BM fevralda 3,5 min ton neft hasil edib ki, bu da 2005-ci ilin fevralından 3,1% çoxdur.

AzSheng-Li ƏŞ ötən ay 0,46 min ton neft hasil edib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 44,9% çoxdur. GOC ƏŞ fevralda 0,18 min ton neft istehsal edib ki, bu da ötən ilin analoji dövründəkindən 27,9% azdır.

Fevralda Azərbaycanın quru yataqlarında neftlə paralel olaraq səmt və sərbəst qaz xarici payın iştirakı ilə neft hasil edən 8 şirkət arasında Anshad Petrol BM 3,2 mln. m3 qaz hasil edib ki, bu da ötən ilin fevralındakından 2,2% çoxdur. Salyan Oil ƏŞ bu dövrdə 2,7 mln. m3 qaz hasil edib. Bu, 2005-ci ilin fevralında olduğundan 38,8% azdır. Shirvan Oil BM dobıla fevralda 1,4 mln. m3 qaz hasil edib ki, bu da keçən ilin eyni dövründəkindən 58,2% çoxdur. Binagadi Oil 2006-cı ilin fevralında 0,5 mln. m3 qaz hasil edib ki, bu da 2005-ci ilin fevralındakına bərabərdir. GOC və KAOC ƏŞ fevralda eyni miqdarda - 0,34 mln. m3 qaz hasil edib ki, bu da hər iki şirkət üçün ötən ilin fevralı ilə müqafisədə 15,8% azdır. Azgerneft BM fevralda 0,04 mln. m3 qaz hasil edib ki, bu da ötən ilin fevralındakından 34,6% azdır. AzSheng-Li ƏŞ fevralda 0,02 mln. m3 qaz hasil edib ki, bu da 2005-ci ilin fevralında hasil olunandan 48,9% azdır.

Xəbər lenti

Xəbər lenti