...

Azərbaycan yanvar-may aylarında neft koksunun istehsalını xeyli artırıb

Energetika Materials 10 İyun 2006 11:39 (UTC +04:00)

Azərbaycan Dövlət Neft Şirkətinin tərkibinə daxil olan "Heydər Əliyev adına" neft emalı zavodu (keçmiş "Azneftyanacaq") yanvar-may aylarında 35,05 min ton neft koksu istehsal edib ki, bu da 2005-ci ilin analoji dövrü ilə müqayisədə 100% çoxdur. Bu barədə Trend ə ARDNŞ-dən məlumat verilib. Bu dövrdə koks istehsalı üzrə plan 97,4% yerinə yetirilib.

Mayda bu neft məhsulunun istehsal həcmi 10,38 min ton təşkil edib ki, bu da planlaşdırılmış həcmdən 1,1% azdır.

Azərbaycanda istehsal olunan neft koksunun əsas istehlakçıları Rusiyanın alüminium zavodlarıdır.

Xəbər lenti

Xəbər lenti