...

Azərbaycan Dövlət Neft Şirkəti yanvarda Novorossiyskdən neft satacaq

Energetika Materials 27 Yanvar 2007 14:21 (UTC +04:00)

Yanvarda ARDNŞ Azərbaycanın quru ərazisində işləyən birgə müəssisə və əməliyyat şirkətlərinin neft partiyasını satacaq. Bu barədə Trend ə ARDNŞ-dan bildiriblər. Neft partiyasının həcmi 60 min ton təşkil edəcək. Bu neft pantiyası Bakı-Novorossiysk boru kəməri ilə ötürüləcək. Yanvarda isə həmin boru kəmri ilə ARDNŞ-ın özünə məxsus neft ötürülməyəcək, belə ki, neft mazut istehsalı üçün yerli NEZ-lərə göndəriləcək. Bu, elektrik stansiyalarında enerji istehsalı üçün Azərbaycanın imtina etdiyi Rusiya qazını əvəz edəcək.

2006-cı il ərzində ARDNŞ ümumilikdə təxminən 3 mln. 462 min ton xam neft ixrac edib. 2006-cı ildə Bakı-Novorossisk boru kəməri ilə ARDNŞ 1 mln. 172 min ton neft ixrac edib (2005-ci ildə - 1 mln. 631 min ton).

Xəbər lenti

Xəbər lenti