...

Metyu Brayza: "Avropaya qazı "Mavi axın"la nəql etməkdənsə "Nabukko" ilə nəql etmək daha sərfəlidir"

Energetika Materials 6 İyun 2007 13:30 (UTC +04:00)
Metyu Brayza: "Avropaya qazı "Mavi axın"la nəql etməkdənsə "Nabukko" ilə nəql etmək daha sərfəlidir"

Azərbaycan, Bakı /müx. Trend S.Babayeva, S.Əliyev/ ABŞ dövlət katibi müşavirinin müavini Metyu Brayza "Nabukko" boru kəmərinin "Mavi axın" layihəsi ilə müqayisədə iqtisadi üstünlüyə malik olduğunu bəyan edib.

Çərşənbə günü Bakıda "Xəzər neft və qaz-2007 " konfransında Brayza jurnalistlərə açıqlamasında bildirib ki, Azərbaycan qazının "Nabukko" ilə Avropaya nəqli "Mavi axın"la müqayisədə 20 faiz daha effektlidir.

Uzunluğu 4 min kilometr olan "Nabukko" qaz kəməri Azərbaycan, Gürcüstan, Türkiyə, Bolqarıstan, Macarıstan, Rumıniya və Avstriya vasitəsi ilə Orta Asiya və Xəzər qazının Avropaya nəqlini təmin edəcək. Kəmərin istifadəyə verilməsi 2011-ci ildə planlaşdırılır. Layihənin dəyəri isə 5 mlrd. avro həcmində dəyərləndirilir. "Nabukko"nun işlənilməsi ilə Avstriyanın "OMV", Macarıstanın "MOL", Türkiyənin "Botaş", Bolqarıstanın "Bulgargaz" və Rumıniyanın "Transgaz" şirkətləri məşğuldur.

"Mavi axın" Qara dənizin dibi ilə çəkilən Rusiya və Türkiyə arasındakı qaz kəməridir. Kəmərin uzunluğu 1213 kilometrdir. Boru xətti 1997-ci ildə Rusiya ilə Türkiyə arasında imzalanan saziş çərçivəsində inşa olunub. Bu sazişə əsasən, Rusiya Türkiyəyə 2000-2025-ci illərdə 364,5 mlrd. kubmetr qaz nəql etməlidir. Tikinti məsrəfləri 3,2 mlrd. dollar təşkil edib.

Xəbər lenti

Xəbər lenti