...

İsveçrə Azərbaycanla energetika sahəsində memorandum imzalamaq niyyətindədədir: energetika naziri Volter Steyman ilə müsahibə

Energetika Materials 10 Sentyabr 2007 18:14 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir A.Bədəlova/ Trend ın İsveçrənin energetika naziri Volter Steyman ilə müsahibəsi

- Energetika sahəsində Azərbaycan və İsveçrə münasibətlərinin perspektivləritni necə görürsünüz?

- Hazırda İsveçrənin "Elektrizitats-Gesellschaft Laufenburg" AG (EGL) energetika şirkəti Albaniya və İtaliya arasında qaz kəmərinin tikintisi layihəsi üzərində çalışır. Kəmərdən axacaq qazın böyük hissəsi Azərbaycanda və İranda hasil olunacaq. Layihə İsveçrə hakimiyyəti tərəfindən dəstəklənir: hökumət təbii qazın Avropaya gələcək idxal dəhlizinin tikintisi ilə bağlı işlərə rəhbərlik edəcək ki, bu idxal dəhlizi, xüsusilə də İsveçrəyə enerji daşımalarını diversifikasiya etməyə imkan verəcək. Bu kəmər təbii qazın Xəzər dənizindən Qərbi Avropaya, xüsusilə də İtaliya və İsveçrəyə nəqli üçün yeni dəhliz açacaq.

- Energetikanın hansı sahəsində Azərbaycanla daha yaxın əlaqələr görürsünüz?

- İsveçrə energetika sahəsində Azərbaycanla əməkdaşlıq məsələlərini müzakirə etməkdə çox maraqlıdır. Biz Azərbacanla xüsusilə qaz, enerjinin bərpa olunan mənbələri və onun effektiv şəkildə istifadəsi sahəsində əməkdaşlıq üçün böyük potensial görürük. Biz öz maraqlarımızı qarşılıqlı anlaşma Memorandumunun imzalanması ilə sübut etməyə çalışırıq.

İsveçrə enerjinin 56%-ni neft və qazdan, 25%-ni atom enerjisindən, 10%-ni su enerjisindən və 9%-ni enerjinin digər bərpa olunan mənbələrindən əldə edir. Vəziyyət aydındır: İsveçrə enenjiyə olan tələbatının yarısından çoxunu qazıntı halında çıxarılan yanacaqla ödəyir.

Bu ilin yazında İsveçrə hökuməti enerji siyasətinin yeni kursunu qəbul edib. İsveçrənin enerji təhlükəsizliyini uzun müddət təmin etmək üçün Federal Şura dörd prinsipdən ibarət plan tətbiq etmək niyyətindədədir: enerjinin daha səmərəli istifadə olunmasını stimullaşdırmaq, enerjinin bərpa olunan mənbələrdən əldə olunması, iri elektrik stansiyalarının genişləndirilməsi və yenilərinin tikilməsi və energetika sahəsində daha güclü xarici siyasət. Azərbaycan kimi Avropa İttifqının üzvü olmayan dövlətlərlə beynəlxalq əməkdaşlıq bu siysasətin tərkib hissəsidir.

- Sizin ölkə "Nabucco" kəmərinini reallaşmasından hansı üstünlüyü əldə edə bilər?

- "Nabucco" kəmərinini reallaşmasına başlanmasının səbəbi təşkilatçıların Avropanın qaza olan böyük tələbatının ödənilməsi üçün enerjinin yeni mənbələrinə və enerji daşımalarının alternativ marşrutlarına ehtiyac görməsidir. Əlbəttə ki, bu layihənin İsveçrəyə də aidiyyatı olacaq və bizim ölkə Avropaya gələcəkdə qaz nəql edəcək kəmərdən faydalanacaq. İEA-nın proqnozlarına uyğun olaraq, Avropanın qaza olan tələbatı sürətlə artacaq və 2020-ci ildə bu, ildə 400 mlrd. kubmetrə çatacaq. Rusiya bu tələbatı, təbii ki, ödəyə bilməyəcək.

Xəbər lenti

Xəbər lenti