Bakı. Eldar Canaşvili - Trend:
Azərbaycanda ödәniş kartlarının sayı artıb.
Trend-in Mərkəzi Banka istinadən məlumatına görə, ödәniş kartlarının sayı 7.5 milyon, bankomatların sayı 2.6 min әdәdә, POS-terminalların sayı 65.2 min әdәdә çatıb.
Ödәniş kartlarının 18.1%-i tәmassız kartlardır. Ötәn illә müqayisәdә bankomatların sayı 2.2%, tәmassız POS-terminallar 35% artıb. Ödәniş kartları ilә bütün vasitәlәrlә aparılan nağdsız ödәnişlәrin hәcmi 57%, o cümlәdәn elektron ticarәt әmәliyyatlarının hәcmi 93% artıb.
Ölkә daxilindә kartlarla aparılan nağdsız ödәnişlәrin xüsusi çәkisi son beş ildә 8%-dәn hal-hazırda 20%-ә kimi yüksәlib.