...

Türkiyə Azərbaycan manatını mübadilə olunan xarici valyutalar siyahısına əlavə edib

Maliyyə Materials 21 Dekabr 2021 17:14 (UTC +04:00)
Türkiyə Azərbaycan manatını mübadilə olunan xarici valyutalar siyahısına əlavə edib

Bakı. Orxan Nəbiyev - Trend:

Türkiyə Mərkəzi Bankı (TMB) tərəfindən mübadilə olunan xarici valyutalar siyahısına Azərbaycan manatı və Birləşmiş Ərəb Əmirlikləri dirhəmi əlavə edilib.

Trend-in məlumatına görə, bu barədə Türkiyə Mərkəzi Bankının yeni qərarında deyilir. Qərar Türkiyənin "Resmi gazete" qəzetində dərc olunub.

Bununla da Türkiyə Mərkəzi Bankının alqı-satqısını həyata keçirdiyi valyutaların sayı 22-yə çatıb.

Hazırda Türkiyə Mərkəzi Bankı tərəfindən mübadilə olunan xarici valyutalar siyahısında ABŞ dolları, Avstraliya dolları, Azərbaycan manatı, BƏƏ dirhəmi, Bolqarıstan levi, Çin yuanı, Danimarka kronu, avro, Cənubi Koreya vonu, Britaniya funt sterlinqi, İran rialı, İsveç kronu, İsveçrə frankı, Yaponiya yeni, Kanada dolları, Qətər rialı, Küveyt dinarı, Norveç kronu, Pakistan rupisi, Rumıniya leyi, Rusiya rublu və Səudiyyə Ərəbistanı riyalı yer alır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti