...

“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz - Risklərin artması ilə qırılma anı

Maliyyə Materials 25 Aprel 2022 11:07 (UTC +04:00)
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz - Risklərin artması ilə qırılma anı

Bakı. Trend:

InvestAZ İnvestisiya şirkətinin analitikləri bu həftə üzrə dünya maliyyə bazarlarında son vəziyyət və qısa müddət ərzində gözlənilənlərlə bağlı məlumat verib.

EUR.

Avropada iqtisadi və biznes mühitində risklərin artması və Ukrayna müharibəsi fonunda sülh danışıqları fonunda ümidlərin azalması, EURUSD məzənnəsinin ucuzlaşmasında da özünü göstərir.

Təhlillərə əsasən, cari qlobal eniş trendi 1.06$-a kimi davam edə bilər.

GBP.

GBPUSD məzənnəsi fonunda ehtimallar da trendin 1.25$-a kimi davam edəcəyi istiqamətindədir.

TRY.

Türkiyədən inflyasiyanın yenidən azalacağı ümidləri lirədə ucuzlaşma dalğasını zəiflətsə də dollar indeksində yüksəliş USDTRY məzənnəsinin də maksimumlarda ticarət olunmasına səbəb olur.

Bazar ertəsi Bakı vaxtı ilə saat 11:00-da istehsal gücünə dair dərc ediləcək önəmli fundamental göstəricilər də önəmli rol oynayacaqdır.

OIL.

Qlobal risklərin artması tələbin azalması neft qiymətlərinin də enməsinə səbəb olur. 106$-ın altında qalan Brent neftinin bir bareli 93$-a kimi dəyər itirə bilər.

Çərşənbə günü saat 18:30-da dərc ediləcək ABŞ-ın neft ehtiyatları ilə bağlı göstəriciləri bu həftə də treyderlər tərəfindən böyük maraqla gözlənilir.

GOLD.

FED-dən sonra Avropada da xüsusilə Fransada liberalların prezident seçkilərini qazanmasından sonra AMB-nin faiz artımı ehtimalları ilə bərabər qızılın qiymətinə qarşı təzyiqlər də artıb. Beləliklə, son eniş dalğası 1890$-a (60.8$/qram) kimi davam edə bilər.

İnvestisiya ilə bağlı suallarınızı *1234 telefon nömrəsi və www.investaz.az veb saytı vasitəsilə bizə ünvanlaya bilərsiniz.

“İnvest-AZ İnvestisiya Şirkəti” QSC-nin

Analitika Departamenti

“İnvest-AZ İnvestisiya Şirkəti” Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyəti Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tənzimlənir. Şirkət, 09.01.2016-cı il tarixli 087986 saylı lisenziyası əsasında broker, anderraytinq (diler), marja ticarəti (forex), fərdi investorların portfelinin idarə edilməsi, market meykerlik və sair investisiya xidmətləri üzrə fəaliyyət göstərməkdədir.

Risk bildirişi.

Yuxarıda göstərilən məlumatlar tamamilə tövsiyə xarakterlidir. Bu fəaliyyət üzrə həyata keçirilən əməliyyatlar yüksək risk qrupuna daxildir və “İnvest-AZ İnvestisiya Şirkəti” QSC yuxarıda göstərilən məlumatlar əsas götürülməklə, həyata keçirilən investisiya əməliyyatları üzrə heç bir öhdəlik daşımır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti