...

FIFA prezidenti COP29-a dəvət olunub (FOTO)

Yaşıl iqtisadiyyat Materials 7 May 2024 20:08 (UTC +04:00)
FIFA prezidenti COP29-a dəvət olunub (FOTO)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanın İsveçrə və Lixtenşteyndəki səfiri Fuad İsgəndərov Sürix şəhərinə səfər edib.

Trend xəbər verir ki, səfər çərçivəsində Beynəlxalq Futbol Federasiyaları Assosiasiyasının (FIFA) qərargahında təşkilatın Baş katibi Mattias Grafström ilə görüş keçirilib.

Səfir F.İsgəndərov Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak ilə bağlı Beynəlxalq Futbol Federasiyaları Assosiasiyasının (FIFA) prezidenti Canni İnfantinoya ünvanlanmış dəvətnaməni qarşı tərəfə təqdim edib. Dəvət məktubu məmnunluqla qəbul olunub.

Görüşdə, həmçinin, FIFA-nın Avropa üzrə regional direktoru Elxan Məmmədov və İctimaiyyətlə əlaqələr üzrə meneceri Annaliza Tsakona iştirak ediblər.

Xəbər lenti

Xəbər lenti