...

Azərbaycanda rabitə və informasiya texnologiyalarının inkişafı haqqında yeni dövlət proqramı 2010-2013-cü illəri əhatə edir

Telekommunikasiya Materials 7 May 2010 18:17 (UTC +04:00)

Azərbaycan, Bakı, 7 may /Trend, müxbir H.Vəliyev/

Rabitə və informasiya texnologiyalarının inkişafı haqqında yeni dövlət proqramı 2010-2013-cü illəri əhatə edir. Bu barədə cümə günü rabitə və informasiya texnologiyaları nazirinin müavini İltimas Məmmədov deyib.

Onun sözlərinə görə, yeni proqramda ümumi texniki və şəbəkə infrastrukturunun genişlənməsi, informasiya cəmiyyətinə keçid və s. kimi qabaqcıl istiqamətlər nəzərdə tutulub. Bu layihələrdən bəziləri hazırda mövcud olanların davamı, bəziləri isə yeni olacaq.

Yeni dövlət proqramı müəssisələrarası xarakter daşıyır və cəmiyyətdə rabitə və informasiya texnologiyalarının geniş tətbiqinə yardım edəcək konkret məsələlərə dair layihələri, "Elektron  idaretmə"nin tərtib olunması və göstərilən elektron xidmətlər sahəsinin genişlənməsini özündə birləşdirir.

Nazir müavininin sözlərinə görə, yeni proqramda özəl operatorlar və qeyri-hökumət təşkilatlarının fikirləri də nəzərə alınıb.

Əvvəlcədən məlumat verildiyi kimi, layihə həlledici razılaşma mərhələsindədir və təsdiq olunması üçün Azərbaycan Prezidentinə təqdim olunacaq.

2005-2008-ci illərdə həyata keçirilən dövlət proqramı nəticəsində aparıcı texnologiyaların tətbiqi ilə telekommunikasiya strukturu yenidən qurulub, investisiya sahəsinə cəlb olunanların sayı artıb, yeni iş yerləri açılıb, informasiya texnologiyalarının tətbiqi ilə dövlət orqanlarının səviyyəsi qalxıb. Həmçinin, bazarda sağlam rəqabət atmosferinin yaradılması və özəl sektorun inkişafı, ölkədə elektron avadanlıq və proqram təminatının istehsalının təşkilinə dair tədbirlər həyat keçirilib.

Xəbər lenti

Xəbər lenti