...

"Arianspace" Azərbaycan peykinin orbitə buraxılması üçün raketdaşıyıcının istehsalına başlayıb

Telekommunikasiya Materials 11 Dekabr 2010 14:04 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 dekabr /Trend, müxbir H.Vəliyev/

Fransanın "Arianspace" şirkəti Azərbaycanın ilk telekommunikasiya peyki "Azerspace"i orbitə buraxacaq Ariane 5 ECA raketdaşıyıcısının istehsalına başlayıb. Bu barədə Trend-ə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Tənzimləmə şöbəsinin aparıcı məsləhətçisi Qulam Abdullayev deyib.

Onun sözlərinə görə, Ariane 5 ECA raketdaşıyıcısının əsas üstünlüyü 10 ton çəkidə yükün orbitə daşınması imkanına malik olmasıdır.

"Digər daşıyıcılardan fərqli olaraq "Ariane 5 ECA" raketdaşıyıcısı orbitə dərhal iki peyk buraxmaq imkanına malikdir", - Abdullayev deyib.

Kütləsi üç tondan çox olan "Azerspace"  Cənubi Amerikanın şimal-şərqində, Fransa Qvianasında yerləşən Kuru kosmodromundan (Qviana kosmik mərkəzi) buraxılacaq. Buraxılışın dəyəri 93 milyon dollar təşkil edir.

Orbitə çatdıralacaq kiçik çəkili yük Azərbaycana sığorta xidmətlərində bir neçə milyon dollar qənaət etməyə imkan verəcək.

"Azerspace" peykinin istehsalçısı qismində ABŞ-ın "Orbital Sciences Corporation" şirkəti çıxış edir, peykin yerləşdiriləcəyi orbital mövqe isə Malayziyanın MEASAT peyk operatorundan icarəyə götürülüb.

Azərbaycanın telekommunikasiya peyki "Azerspace" rəqəmsal teleradio yayım, internet şəbəkəsinə çıxış, məlumat ötürülməsi, VSAT multiservis şəbəkəsinin yaradılması kimi xidmətlərin göstərilməsi üçün nəzərdə tutulub.

Yaxın günlərdə peykin 100 faizlik sığortası ilə məşğul olacaq şirkət də müəyyən olunacaq.

Peykin buraxılışı üzrə işlər 2012-ci ilin sentyabrında başa çatacaq. Buraxılış 2012-ci ilin dördüncü rübünə planlaşdırılıb, 2013-cü ilin yanvarından isə Azərbaycan dünya kosmik bazarında xidmət göstərməyə başlayacaq.

Bu günə nazirlik "Azerspace" resurslarının həyata keçirilməsi üzrə müqavilələrin bağlanması ilə bağlı danışıqlara başlamağı planlaşdırır.

Xəbər lenti

Xəbər lenti