...

Azərbaycanın iri bankı ölkədə ilk dəfə resursların idarəetmə prosesini avtomatlaşdırır

Telekommunikasiya Materials 5 İyun 2012 15:47 (UTC +04:00)
Azərbaycan Beynəlxalq Bankı (ABB) Rusiyanın proqram təminatı istehsalçısı "Naumen" şirkətinin "Naumen Service Desk" həllinin əsasında resursların idarəetmə modulunun tətbiqi prosesini tamamlayır.
Azərbaycanın iri bankı ölkədə ilk dəfə resursların idarəetmə prosesini avtomatlaşdırır

Azərbaycan, Bakı, 5 iyun /Trend, müxbir H.Vəliyev/

Azərbaycan Beynəlxalq Bankı (ABB) Rusiyanın proqram təminatı istehsalçısı "Naumen" şirkətinin "Naumen Service Desk" həllinin əsasında resursların idarəetmə modulunun tətbiqi prosesini tamamlayır. Bu barədə çərşənbə axşamı Trend-ə ABB-nin İnformasiya və kommunikasiya texnologiyaları departamentinin texniki dəstək şöbəsinin müdiri Həmid Nuriyev bildirib.

Nuriyevin sözlərinə görə, hazırda insidentlərin idarəetmə modullarının inteqrasiyası, xidmət göstərilməsi üçün sifarişlər, xidmət və biliklərin kataloqları üzərində iş tam başa çatdırılıb.

ABB "Naumen Service Desk 3.8" proqram həllinin bazasında ITIL (Information Technologies Infrastructure Library) proseslərini ölkədə tətbiq edən ilk və hazırda yeganə bankdır.

"ITIL prosesləri xidmətlərin istənilən sahəsində tətbiq oluna bilər. Bu ilin sonunadək bankın inzibati-təsərrüfat fəaliyyətinin avtomatlaşdırılması proseslərinin başa çatdırılması planlaşdırılır. Beləliklə, ABB-də "Naumen Service Desk" bazasında təkcə texniki tapşırıqların uçotu deyil, eləcə də inzibati-təsərrüfat vahidlərinin uçotu tətbiq olunacaq", - Nuriyev bildirib.

Onun sözlərinə görə, proqram məhsulunun xeyli üstünlükləri var. Onlardan ən vacibləri ətraflı hesabatlardır ki, onların köməyi ilə fəaliyyətin statistik təhlili aparılır və bankın biznes-proseslərinin şəffaflığı təmin edilir.

Xəbər lenti

Xəbər lenti