...

ITU Azərbaycana qlobal informasiya təhlükəsizliyi üzrə konvensiyanı BMT-də müzakirəyə çıxarmağı təklif edib

Telekommunikasiya Materials 28 İyun 2012 15:37 (UTC +04:00)
Beynəlxalq Telekommunikasiya İttifaqı (ITU) BMT Təhlükəsizlik Şurasının üzvü olan Azərbaycana informasiya təhlükəsizliyi üzrə qlobal konvensiyanı bu təşkilatın müzakirəsinə çıxarmağa dair təkliflə müraciət edib.
ITU Azərbaycana qlobal informasiya təhlükəsizliyi üzrə konvensiyanı BMT-də müzakirəyə çıxarmağı təklif edib

Azərbaycan, Bakı, 28 iyun /Trend, müxbir H.Vəliyev/

Beynəlxalq Telekommunikasiya İttifaqı (ITU) BMT Təhlükəsizlik Şurasının üzvü olan Azərbaycana informasiya təhlükəsizliyi üzrə qlobal konvensiyanı bu təşkilatın müzakirəsinə çıxarmağa dair təkliflə müraciət edib.

Trend-in məlumatına görə, bu barədə cümə axşamı Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov ticari-iqtisadi əməkdaşlıq üzrə birinci Estoniya-Azərbaycan hökumətlərarası komissiyasının iclasında çıxış edərkən bildirib.

Abbasovun sözlərinə görə, nazirliyin bu istiqamətdə ITU ilə birgə işi davam edir. Hazırda Kibercinayətkarlıq haqqında Konvensiya Avropada fəaliyyət göstərir. Azərbaycan, həmçinin bu konvensiyaya qoşulub.

"Lakin indiki halda (ITU-nun təklifi) söhbət BMT səviyyəsində qlobal konvensiyadan gedir", - Abbasov qeyd edib.

Xəbər lenti

Xəbər lenti