...

Azərbaycan sualtı kabel magistralından ehtiyat istifadə imkanına baxır

Telekommunikasiya Materials 28 Avqust 2012 18:07 (UTC +04:00)
Azərbaycan Fars körfəzini Avropa ilə birləşdirən sualtı kabel magistralından ehtiyat istifadə imkanını nəzərdən keçirir. Bu barədə Trend-ə çərşənbə axşamı layihəyə yaxın mənbə bildirib.
Azərbaycan sualtı kabel magistralından ehtiyat istifadə imkanına baxır

Azərbaycan, Bakı, 28 avqust /Trend, müxbir H.Vəliyev/

Azərbaycan Fars körfəzini Avropa ilə birləşdirən sualtı kabel magistralından ehtiyat istifadə imkanını nəzərdən keçirir. Bu barədə Trend-ə çərşənbə axşamı layihəyə yaxın mənbə bildirib.

Layihənin reallaşdırılması haqqında saziş 2010-cu ilin aprelində "Telecommunication Infrastructure Company of Iran" (TIC) və "Gulf Bridge International" (GBI) şirkətləri arasında imzalanıb.

Kabel magistralı İran və Fars körfəzi regionunu şərq marşrutu vasitəsilə Hindistan və Uzaq Şərq ilə, qərb marşrutu vasitəsilə Avropa ilə birləşdirəcək.

Layihə Azərbaycan, Pakistan, Əfqanıstan və Türkmənistan daxil olmaqla, Mərkəzi Asiya ölkələrinin şəbəkə infrastrukturlarının birləşməsi imkanını təmin edəcək.

Şəbəkə infrastrukturunu istifadə etməklə, ilk növbədə, AzNET seqmentinin davamlılığını təmin etmək nəzərdən keçirilir.

GBI kabel sistemi Fars körfəzi regionunun bütün ölkələrini birləşdirəcək və gələcəkdə Avropa və Asiyaya qoşulma imkanının artımını təmin edəcək. Azərbaycan layihəyə Xəzərin dibi ilə İrandan Həştərxan istiqamətində çəkiləcək Xəzər seqmenti vasitəsilə qoşulacaq.

Hazırda Azərbaycan yerüstü kabel magistrallarının resurslarından istifadə edir. Azərbaycana trafik üç istiqamətdən daxil olur. İlk iki istiqamət (Rusiya və Türkiyə) əsas, İranın şəbəkə infrastrukturu isə ehtiyat qismində istifadə edilir.

Xəbər lenti

Xəbər lenti