...

Azərbaycan tezlik resurslarından qanunsuz istifadənin qarşısını alır

Telekommunikasiya Materials 3 Dekabr 2014 19:41 (UTC +04:00)
Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tezlik resurslarından qanunsuz istifadə faktlarının aradan qaldırılması üçün operativ tədbirlər görür.
Azərbaycan tezlik resurslarından qanunsuz istifadənin qarşısını alır

Azərbaycan, Bakı, 3 dekabr /Trend, müxbir Hüseyn Vəliyev/

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tezlik resurslarından qanunsuz istifadə faktlarının aradan qaldırılması üçün operativ tədbirlər görür. Trend-in məlumatına görə, bunu rabitə və yüksək texnologiyalar nazirinin müavini İltimas Məmmədov "BakuTel-2014" telekommunikasiya sərgisi çərçivəsində keçirilən "e-Gov3.0" konfransında deyib.

Onun sözlərinə görə, nazirlik efir məkanının mühafizəsi üçün radiomonitorinq şəbəkəsini yaradıb: "Əgər hazırda şəbəkə yalnız paytaxtı əhatə edirsə, ilin sonunadək monitorinq şəbəkəsi respublikanın bütün ərazisini əhatə edəcək".

İ.Məmmədov əlavə edib ki, şəbəkə tezlik spektrindən rasional istifadə etməyə, republika daxilində mövcud olan və xarici mənbələrdən daxil olan maneələrin aradan qaldırılmasına imkan yaradacaq: "Şəbəkə hələ işə salınmayan tezliklərin planlaşdırılması imkanına, tezlik resurslarını operativ aşkarlamağa və aradan qaldırmağa yol açır. Bu məqsədlər üçün yaxın vaxtlarda işə salınacaq zəruri avadanlıq əldə olunub".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti