Azərbaycan, Bakı, 30 aprel /Trend/
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) Dövlət Radiotezliklər İdarəsi (DRİ) RYTN ilə razılaşdırılmış qrafikə uyğun olaraq regionlarda radiomonitorinq işlərinə başlayıb.
Trend DRİ-yə istinadən məlumat verir ki, idarənin radiomonitorinq şöbəsinin mütəxəssisləri Qobustan, Şamaxı, Ağsu, İsmayıllı, Ağdaş, Göyçay, Qəbələ, Oğuz, Şəki, Qax, Zaqatala və Balakən rayonları ərazisində radiomonitorinq işləri aparır.
Radiomonitorinq TV və FM proqramlarının yayım vəziyyətinin araşdırılması məqsədi daşıyır.