...

Nazir Ramin Quluzadə Göyçayda vətəndaşlarla görüşəcək

Telekommunikasiya Materials 10 Oktyabr 2017 17:53 (UTC +04:00)
Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə Göyçayda vətəndaşlarla görüşəcək.
Nazir Ramin Quluzadə Göyçayda vətəndaşlarla görüşəcək

Bakı. Trend:

Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə oktyabrın 13-də saat 12:30-da Göyçay şəhərində Göyçay, Kürdəmir, Ucar, Ağdaş rayonlarının və Mingəçevir şəhərinin sakinlərinə göstərilən nəqliyyat, telekommunikasiya (o cümlədən, internet, televiziya və radio yayımı) və poçt xidmətlərinin keyfiyyəti, xidmət mədəniyyəti və bu sahədə bölgələrdə əhalini maraqlandıran digər məsələlərlə bağlı vətəndaşları qəbul edəcək.

Nazirlikdən Trend-ə verilən məlumata görə, vətəndaşlardan “[email protected]” elektron poçt ünvanı, 1655 “Çağrı Mərkəzi”, 012 598 38 18 nömrəli telefon vasitəsi ilə (regionlardan edilən zənglər pulsuzdur) əlaqə saxlayıb qəbula yazılmaları xahiş olunur.

Eyni zamanda, qəbula gəlmək istəyən vətəndaşlar, zərurət yaranarsa, yaşadıqları ərazinin poçt və telefon qovşaqları tərəfindən nəqliyyat vasitələri ilə təmin olunacaqlar. Bunun üçün:

Göyçay rayonunda 02027 42366

Mingəçevir şəhərində 02427 52999

Kürdəmir rayonunda 02025 51599

Ucar rayonunda 02021 33777

Ağdaş rayonunda 02023 55199

nömrəli telefonlara zəng etmələri xahiş olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti