...

Rəşad Nəbiyev "ağıllı" şəhər və kəndlər konsepsiyasının hazırlanması strategiyasından danışıb

Telekommunikasiya Materials 29 Noyabr 2022 13:05 (UTC +04:00)
Rəşad Nəbiyev "ağıllı" şəhər və kəndlər konsepsiyasının hazırlanması strategiyasından danışıb
Sədrəddin Ağcayev
Sədrəddin Ağcayev
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan azad edilmiş ərazilərdə "ağıllı şəhərlər" konsepsiyasının yaradılması zamanı Sinqapur, BƏƏ, Almaniya kimi ölkələrin təcrübələrini öyrənib.

Trend-in məlumatına görə, bunu bu gün jurnalistlərə rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev deyib.

Onun sözlərinə görə, "ağıllı şəhərlər" konsepsiyası yerli tələb və şərtlərə uyğun hazırlanır.

"Biz hesab edirik ki, eyni konsepsiyanı fərqli zonalarda yerləşən şəhərlərə tətbiq etmək olmaz. Bundan başqa, dövlət vəsait qoyuluşlarının dayanıqlılığı və məqsədəuyğunluğu məsələsi öyrənilir. Həmçinin, bu konsepsiyaların hazırlanması zamanı biz bu və ya digər şəhər və kənddə "ağıllı" həllərin tətbiqinin rayonun inkişafı üçün necə stimul yaradacağını təhlil edirik", - nazir deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti