...

Azərbaycanın Rabitə nazirliyi yeni İnternet-portalın hazırlanması üzərində iş aparır

Telekommunikasiya Materials 10 Mart 2006 14:42 (UTC +04:00)

Azərbaycanın Rabitə və informasiya texnologiyaları nazirliyi yeni İnternet portalın hazırlanması üzərində iş aparır. Nazirlikdən Trend ə verilən məlumata görə, portal rabitə və informasiya-kommunikasiya texnologiyaları sahəsində daxili və xarici istifadəçilərin informasiya ilə təmin olunması məqsədilə yaradılır. Hazırda informasiyanın toplanması və portalın dizaynı üzərində son işlər görülür.

Portal üç - Azərbaycan, rus və ingilis dillərində fəaliyyət göstərəcək.

"Portalın Azərbaycan dilində olan variantı artıq hazırdır, rus və ingilis variantlarının hazırlanması üzərində isə iş gedir", - deyə nazirlikdən vurğulayıblar.

Yeni portalda ölkədə rabitə və informasiya texnologiyalarının cari vəziyyəti, xidmətlər, Azərbaycanda İT sahəsinin tarixi haqqında məlumatlar yerləşdiriləcək, istifadəçilərə xidmət göstərilməsi ilə bağlı xüsusi bölmə fəaliyyət göstərəcək.

"Portalda İKT sahəsində yerli özəl şirkətlərin, müştərək müəssisələrin, bir sıra beynəlxalq təşkilatların linkləri yerləşdiriləcək", - deyə idarədən bildirilib.

Portalın ünvanına gəlincə, nazirlikdə istifadəçilər tərəfindən portalın istifadəsinin sadələşdirilməsi məqsədilə www.mincom.gov.az ünvanının daha sadə adla əvəz ediləcəyi istisna olunmayıb. "Bu istiqamətdə işləri 2006-cı ilin 1-ci rübünün sonunadək başa çatdırmaq planlaşdırılır", - deyə nazirlikdən qeyd edilib.

Xəbər lenti

Xəbər lenti