...

Azərbaycanın Rabitə Nazirliyi RF-dən ölkəyə poçt pul köçürmələrinin səviyyəsindən razı deyil

Telekommunikasiya Materials 11 Mart 2006 13:26 (UTC +04:00)

Rusiyada yaşayan fiziki şəxslər bundan sonra Azərbaycan ilə RF arasında poçt pul köçürmələrini həyata keçirmək imkanı əldə edib. Rabitə və İnformasyia Texnologiyaları Nazirliyində Trend ə bildirilib ki, bundan öncə Rusiya ilə poçt pul köçürmələrini yalnız hüquqi şəxslər, əsasən sosial əhəmiyyətli aliment köçürmələri, kompensasiyalar, müavinətlər və s. göndərilməsi ilə həyata keçirə bilərdi.

Tərəflər arasında imzalanmış saziş 2005-ci ilin dekabrında qüvvəyə minib.

"Poçta Rossii" Federal dövlət unitar müəssisəsinin (FDUM) Azərbaycandakı tərəfdaşı "Azərpoçt" Dövlət Müəssisəsidir.

Rabitə Nazirliyində qeyd olunub ki, hazırda Rusiyada yaşayan azərbaycanlıların sayının çox olması nəzərə alınaraq fiziki şəxslər tərəfindən köçürmələrin həcmi istənilən səviyyədən təxminən 10% aşağıdır.

"Bunun səbəbi o ola bilər ki, bütün vətəndaşlar yeni yaradılmış imkanlar barədə məlumatlandırılmayıb" -deyə nazirlikdə qeyd olunub.

Azərbaycandan Rusiyaya həm hüquqi, həm də fiziki şəxslərdən poçt pul köçürmələri mümkündür.

Xəbər lenti

Xəbər lenti