...

Daewoo Telecom ilə müqaviləyə əsasən bir sıra məsələlərin həlli üçün işçi qrupu yaradılacaq

Telekommunikasiya Materials 11 May 2006 20:20 (UTC +04:00)

Trend agentliyinin məlumatına əsasən, Koreyanın informasiya və kommunikasiya naziri Ro Cun Xyon ilə Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov 1998-ci ildə Daewoo Corporation şirkətilə Naxçıvan Muxtar Respublikasında informasiya və kommunikasiya avadanlığının quraşdırılmasına dair imzalanmış müqavilə çərçivəsində yaranmış vəziyyəti müzakirə edib.

Daewoo Telecom müqaviləyə əsasən işləri yerinə yetirib, lakin bir müddət sonra sistemdə nasazlıq yaranıb. Bundan əlavə, müqaviləyə əsasən Naxçıvan MR-də billinq sistemi, proqram təminatı və sair tətbiq olunmalı idi.

"Bu problem bizi çox narahat edirdi. Müzakirə zamanı məsələninin həlli üçün züsusi işçi qrupunun təşkili haqqında qərar qəbul olundu" - deyə Ə.Abbasov qeyd edib.

Xəbər lenti

Xəbər lenti