...

AZAL AzTA ilə birgə rəsmi tərəfdaşları ilə görüş keçirib (FOTO)

Turizm Materials 16 Aprel 2018 16:54 (UTC +04:00)
Azərbaycanın milli aviadaşıyıcısı və Azərbaycan Turizm Assosiasiyası (AzTA) AZAL aviaşirkətinin rəsmi tərəfdaşları və agentləri ilə birgə görüş keçirib.
AZAL AzTA ilə birgə rəsmi tərəfdaşları ilə görüş keçirib (FOTO)

Bakı. Trend:

Azərbaycanın milli aviadaşıyıcısı və Azərbaycan Turizm Assosiasiyası (AzTA) AZAL aviaşirkətinin rəsmi tərəfdaşları və agentləri ilə birgə görüş keçirib.

"Azərbaycan Hava Yolları" QSC-nin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüş çərçivəsində "Azərbaycan Hava Yolları" QSC-nin vitse-prezidenti, AZAL sərnişin aviaşirkətinin icraçı direktoru Eldar Hacıyev aviaşirkətin, həmçinin ilk milli loukoster “Buta Airways”in qaydalarında mühüm dəyişikliklər və yeniliklər barədə danışıb. Turizm şirkətləri və satış üzrə agentliklərin istək və təklifləri dinlənib.

Görüşdə həmçinin Azərbaycan Turizm Assosiasiyası ilə əməkdaşlıq perspektivləri müzakirə olunub.

Səmərəli görüşün yekunlarına əsasən AZAL ən fəal tərəfdaşları və agentlərini təltif edib, lider turizm agentləri beşliyinə isə adlı sertifikatlar təqdim olunub. Belə görüşlərin bundan sonra da müntəzəm xarakter daşıyacağı qeyd olunub.

Tədbirdən hazırlanmış video-çarxı aşağıdakı link vasitəsilə izləyə bilərsiniz:

https://www.youtube.com/watch?v=ndWaAg1eNyM

Məqalədə:
Xəbər lenti

Xəbər lenti