...

Kentukki məhkəməsində hakim güllələnərək öldürüldü

Turizm Materials 20 Sentyabr 2024 07:25 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Kentukki ştatının Uaytsberq şəhərində bir rayon hakimi ofisində güllələnərək öldürülüb.

Trend xəbər verir ki, bu barədə ştatın qubernatoru Endi Beşir "X" sosial şəbəkəsində bildirib.

"Təəssüf ki, mənə məlumat verildi ki, dairə hakimi bu gün günortadan sonra kabinetində güllələnərək öldürülüb", - deyə E. Beşir yazıb.

İddiaya görə, Letçer dairəsinin şerifi Mikki Stayns mübahisədən sonra 54 yaşlı hakim Kevin Mallinsi ofisində güllələyərək öldürüb. Hakimə bir neçə dəfə atəş açılıb. Stayns ​​hadisə yerində həbs edilib.

Hüquq-mühafizə orqanları davanın motivi və mahiyyətini açıqlamayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti