...

Türkiyə səfiri: Bizi soyqırımda ittiham edənlər Xocalıda baş verənlərin izlərini itirməyə çalışırlar

Nəzər nöqtəsi Materials 25 Fevral 2017 13:12 (UTC +04:00)
Bizi soyqırımda ittiham edən şəxslər hələ də cinayətlərini gizlətməyə, Xocalıda baş verənlərin izlərini itirməyə çalışırlar.
Türkiyə səfiri: Bizi soyqırımda ittiham edənlər Xocalıda baş verənlərin izlərini itirməyə çalışırlar

Bakı. Anaxanım Hidayətova - Trend:

Bizi soyqırımda ittiham edən şəxslər hələ də cinayətlərini gizlətməyə, Xocalıda baş verənlərin izlərini itirməyə çalışırlar.

Trend-in məlumatına görə, bu sözləri Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, professor Əli Həsənovun 8 dildə (Azərbaycan, türk, rus, ingilis, fransız, alman, ərəb və Çin) çap olunmuş “Xocalı soyqırımı: səbəbləri, nəticələri və beynəlxalq aləmdə tanınması” və “Azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırımı siyasətinin mərhələləri” kitablarının təqdimat mərasimi zamanı deyib.

Onun sözlərinə görə, 1980-ci illərin sonunda Türkiyə Azərbaycanla bağlı xəbərləri ermənilərin Dağlıq Qarabağda törətdiyi cinayətlərlə birlikdə eşidib: "Lakin bunlar tək həmin vaxtlar yox, 1905, 1920, 1948, 1953-cü illərdə də baş verib. Bu bütün türkləri hədəfə alan, "böyük" Ermənistan qurmaq siyasətinin bir parçasıdır. Xarici qüvvələr bizləri hər zaman zəiflətməyə çalışıblar. Bunun ən pis nümunəsini isə 25 il əvvəl Xocalıda gördük. Bizi soyqırımda ittiham edən şəxslər hələ də cinayətlərini gizlətməyə, Xocalıda baş verənlərin izlərini itirməyə çalışırlar. Lakin hər şeyi bütün dünya görüb. Dünya ictimaiyyətinin bunları görməzdən gəlməməsi üçün hər şey edilib. Lakin Xocalı faciəsinin səbəbkarları hələ də azadlıqda, aramızda dolaşır, nazir səviyyəsinə yüksələrək Ermənistanda vəzifə daşıyır"

Məqalədə:
Xəbər lenti

Xəbər lenti