...

Litvanın "Eurovision 2012" təmsilçisinin finalda iddialı çıxışı (VİDEO)

Eurovision-2012 Materials 27 May 2012 00:27 (UTC +04:00)
Litvanın "Eurovision 2012" təmsilçisi Donni Montell "Bakı Kristal Zalı"nın səhnəsində dördüncü sırada çıxış edib.
Litvanın "Eurovision 2012" təmsilçisinin finalda iddialı çıxışı (VİDEO)

Azərbaycan, Bakı, 27 may /Trend/

Litvanın "Eurovision 2012" təmsilçisi Donni Montell "Bakı Kristal Zalı"nın səhnəsində dördüncü sırada çıxış edib.

Montell ingilis dilində "Love Is Blind" mahnısını ifa edib.

Donni Montell səhnədə gözlərində sarğı ilə çıxış edib.

"Heç kim qələbəyə əmin ola bilməz. Lakin bu baş verərsə, sadəcə inanılmaz olardı. O zaman mənə abidə qoymaq lazımdır", - ifaçı bir az əvvəl Trend-ə müsahibəsində deyib.

Əsl adı Donatas Montvidas olan Donni Montell 1987-ci il, oktyabrın 22-də Vilnüsdə doğulub. Onun musiqi həyatı "Pesnya, pesenka" müsabiqəsindən başlayıb. Daha sonra çoxsaylı telelayihələrin qalibi olub. Belarusda keçirilən "Slavyan bazarı" festivalının baş mükafatını qazanıb. 2009-2010-cu illərdə "Eurovision" mahnı müsabiqəsinin seçim turlarında iştirak edib. Onun həyat devizi belədir: "Yaratmaq, oxumaq, rəqs etmək!"

Xəbər lenti

Xəbər lenti