...

Gürcüstan parlamenti prezidentin fövqəladə vəziyyətin təyin olunması haqda qərarını təsdiq etməyəcək

Dünya xəbərləri Materials 9 Noyabr 2007 15:43 (UTC +04:00)

Gürcüstan, Tbilisi / Trend N.Kirtsxalia/ Gürcüstan parlamenti Gürcüstan prezidentinin bütün Gürcüstan ərazisində fövqəladə vəziyyətin təyin olunması haqda Fərman və qərarını bu gün müzakirə etməyəcək. Gürcüstan parlamentinin mətbuat katibliyindən verilən xəbərə görə, bu məsələ parlamentin bu gün, Tbilisi vaxtı ilə saat 16.00-da başlanacaq plenar iclasının gündəliyinə salınmayıb.

Gürcüstan parlamentinin spikeri Nino Burcanadze bildirib ki, "çox yəqin ki", cümə günü parlament fövqəladə vəziyyət barədə məsələni müzakirə etməyəcək.

Parlamentdən verilən məlumata görə, cümə günü saat 20.30-da fövqəladə vəziyyətin müddəti bitəcək. Əgər parlament müddəti uzatmasa, fövqəladə vəziyyət bu baərəd fərmanının elan edilməsindən sonra 48 saat ərzində davam edir.

Xəbər lenti

Xəbər lenti