...

Avropa Şurasının baş katibi Ermənistanda siyasi məhbus məsələsini təhlil edəcək

Dünya xəbərləri Materials 16 Aprel 2008 16:30 (UTC +04:00)

Fransa, Strasburq, 16 aprel / Trend , müxbir A. Məhərrəmli, K.Zərbəliyeva/ Avropa Şurasının baş katibi Ermənistanda siyasi məhbus məsələsini təhlil edəcək.

Bu barədə Avrpa Şurasının baş katibi Terri Devis çərşənbə günü Strasburqda keçirilən mətbuat konfransında jurnalistlərin "Ermənistanda siyasi məhbus problemi varmı" sualına cavab olaraq bildirib.

Baş katib deyib ki, hər hansı bir şəxsin hökumətə qarşı muxalif olması onun "siyasi məhbus" olmasına dəlalət etmir. O hesab edir ki, hər həbs olunan şəxsə "siyasi məhbus" demək yanlışdır.

AŞ rəsmisinin sözlərinə görə, ilk olaraq həmin səxsin hansı səbəblərə görə həbs olunmasına və həbsinin motivlərinə diqqət yetirmək lazımdır.

"Hər bir vəziyyəti konkret olaraq ayrıca araşdırmaq lazımdır. Bu məsələ ilə baglı ümumi bəyanatlar əsasında "siaysi məhbus"un olub-olmaması haqqında fikir yürütməzdən əvvəl, mənim səhih məlumatlara malik olmagım lazımdır", - deyə baş katib vurğulayıb.

Məqalənin  müəllifi ilə [email protected] ünvanı  ilə əlaqə saxlaya bilərsiniz

Xəbər lenti

Xəbər lenti