...

İsraildə avtobus qəzası nəticəsində 24 nəfər həlak olub (YENİLƏNİB)

Dünya xəbərləri Materials 16 Dekabr 2008 18:46 (UTC +04:00)
İsraildə avtobus qəzası nəticəsində 24 nəfər həlak olub (YENİLƏNİB)

Azərbaycan, Bakı, 16 dekabr/ Trend , müxbir A.Qut/ Mitspe-Ramon və Eylat arasında (İsrailin  cənubunda) magistral yolda baş vermiş yol-nəqliyyat hadisəsində 24 rusiyalı turist həlak olub, 50-yə yaxın turist müxtəlif dərəcəli xəsarət alıb. Turistlərin olduğu avtobus məlum olmayan səbəbdən çevrilib və yamacla təxminən 80 metr dərinliyə yuvarlanıb.

Rusiyalı turistlərin olduğu avtobus Uvda hava limanı rayonunda Mitspe-Ramon - Eylat şossesində aşıb. Onlarla təcili yardım maşını ağır YNH yerinə göndərilib. Zərər çəkənlərin evakuasiyasına HHQ-nin və "Maqen David adom" xidmətinin vertoloyotları cəlb edilib.

Avtobusda Uvda hava limanına uçub gəlmiş və Eylata yola düşən rusiyalı turistlər olub. İlkin məlumatlara əsasən, ən azı 20 nəfər həlak olub, daha 40 nəfər müxtəlif dərəcəli xəsarət alıb.

İsrailin Müdaifə Ordusu zərər çəkənlərin Eylatdakı "Yoseftal" və Beer-Şevedəki "Soroka" xəstəxanasına evakuasiyası üçün altı vertolyot ayırıb.

Səhiyyə Nazirliyi Eylatda olan bütün həkimləri həmkarlarına zərər çəkənlərə yardım göstərmək üçün xəstəxanaya gəlməyə çağırıb.

Xəbər lenti

Xəbər lenti