...

Rusiya prezidentinin Özbəkistana rəsmi səfəri gələn ilin yanvarında gerçəkləşəcək

Dünya xəbərləri Materials 31 Dekabr 2008 16:48 (UTC +04:00)

Özbəkistan, Daşkənd, 31 dekabr / Trend müxbir R.Məşədihəsənli/  Rusiya prezidenti Dmitri Medvedyevin Özbəkistana rəsmi səfəri gələn ilin yanvarında gerçəkləşəcək. Trend -un Orta Asiya bürosuna daxil olan məlumata görə, RF prezidenti Dmitri Medvedyev 2009-cu il yanvarın 22-23-də Özbəkistana rəsmi səfər edəcək.

Uzun müddətdən bəri D.Medvedevin nəzərdə tutulan Daşkənd səfəri ötən həftə Özbəkistanın RF-də təyin olunan yeni səfiri İlham Nematovun Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasinlə görüşündən sonra reallaşıb.

Son vaxtlarda Özbəkistanın Avrasiya İqtisadi Təşkilatı (AİT) üzvlüyündən çıxması Rusiya ilə əlaqələrdə nisbi sərinlik yaradıb. Medvedyev Daşkənd ziyarətində əsas etibarilə Özbəkistanın yenidən AİT-ə üzvlüyə qayıtması, Kollektiv Təhlükəsizlik Şurasından çıxmaması kimi məsələlərin həllinə nail olmaq niyyətindədir. Qeyd edək ki, Özbəkistanın Kollektiv Təhlükəsizlik Şurasından çıxması barədə fikirlər yayılmaqdadır.

Görüşün digər mövzusu isə təbii qaz, neft  və enerji qaynaqları ilə bağlı olacaq.

Bu arada RF prezidenti prezident İslam Kərimova Yeni İl təbrikləri ünvanlayıb. "Ümidvaram ki, yanvar ayında Daşkəndə edəcəyim rəsmi ziyarətim çərçivəsində müzakirə mövzusu olacaq məsələlər ikitərəfli əlaqələrimizin daha da inkişafına təkan verəcək və Rusiya-Özbəkistan əlaqələri istər iki xalq arasında, istərsə də Orta Asiyada təhlükəsizliyin və sülhün inkişafına Yeni ildə öz təhfəsini verəcəkdir" - deyə təbrik məktubunda deyilir.

Xəbər lenti

Xəbər lenti