...

İranın nüvə oyunu - boks, yoxsa şahmat? – Trend News-un icmalçısı

Dünya xəbərləri Materials 1 Dekabr 2009 15:53 (UTC +04:00)
İranın nüvə proqramı hansı istiqamətdə aparılır? Təbii ki, İranda enerji tələbatının ildə 11 faiz artmasını nəzərə alsaq, bu ölkənin həqiqətən nüvə elektrik enerjisinə ehtiyacı olduğunu görərik. Rəsmi Tehran 20 illik plan çərçivəsində 20 MgVat nüvə elektrik enerjisinin istehsalı üçün proqram hazırlayıb. Lakin bu planın reallığa nə qədər uyğun olub-olmaması sual altındadır.
İranın nüvə oyunu - boks, yoxsa şahmat? – Trend News-un icmalçısı

Trend News-un Fars redaksiyasının rəhbəri Dalğa Xatınoğlu

İranın nüvə proqramı hansı istiqamətdə aparılır? Təbii ki, İranda enerji tələbatının ildə 11 faiz artmasını nəzərə alsaq, bu ölkənin həqiqətən nüvə elektrik enerjisinə ehtiyacı olduğunu görərik. Rəsmi Tehran 20 illik plan çərçivəsində 20 min MgVat nüvə elektrik enerjisinin istehsalı üçün proqram hazırlayıb. Lakin bu planın reallığa nə qədər uyğun olub-olmaması sual altındadır.

Birinci, İran bu qədər enerji stansiyası üçün ən azı sənaye miqyasında uranı 3.5-5 faiz zənginləşdirlə biləcək 20 uran zənginləşdirmə mərkəzinə malik olmalıdır, bununla yanaşı, hər zavodda isə 54 min aktiv sentrifuqa davamlı fəaliyyət göstərməlidir.

İran hazırda yalnız Nətənz uran zənginləşdirmə zavodunda 9000 sentrifuqa quraşdıra bilib, bunları yarısı isə aktiv deyil. Bu zavod gün ərzində təxminən 2 kq uran (3.5 faiz) zənginləşdirə bilir, yəni sarı tortun olması şərtilə, ildə 700 kq uran zənginləşdirə bilir. Nəzərə alsaq ki, Əhmədinejadın beş illik hakimiyyəti dövründə yalnız 9000 sentrifuqa quraşdırılıb və onların yarısı hələ də aktivləşdirilməyib, İranın Nətənzdə nə vaxt 54 min sentrifuqa quraşdıracağı sual altındadır.

Noyabrın 29-da İranın Nüvə Enerjisi Təşkilatının rəhbəri Əli Əkbər Salehi bildirib ki, prezident Mahmud Əhmədinejadın göstərişi ilə daha 10 uran zənginləşdirmə mərkəzinin tikintisinə başlanılacaq. O, bu zavodların Nətənzdəki mərkəz həcmində olacağını və raket hücumlarından qorunmaq üçün dağların içində tikiləcəyini bildirib. Beləliklə, İran yarım milyon sentrifuqa istehsal etməlidir, lakin İranın hələlik sənaye miqyasında sentrifuqa istehsal edə bilməməsini, həmçinin 120 detaldan ibarət olan sentrifuqanın bəzi detallarını idxal etməyə məcbur olmasını nəzərə alsaq, belə bir planın yalnız nəzəriyyə səviyyəsində olmasına inanmaq olar. Hər halda, BMT Təşlükəsizlik Şurası İranın nüvə proqramına qarşı beş Qətnamə qəbul edib və uranın idxal-ixracı, nüvə texnikasının satışı və bu proqramla bağlı hər növ yardıma qadağa qoyub.

Digər tərəfdən, İranın uran mədənlərinin sayı və ehtiyatları məhduddur. Sağənd və Gəçən mədənlərinin uran ehtiyatları heç 1400 ton sarı tortun istehsalı üçün kifayət etmir, yəni Buşəhr nüvə stansiyası miqyasında (1000 Mg Vat-lıq) bir elektrik stansiyasının bir illik uran tələbatını belə ödəyə bilməz.

Cari ilin fevral ayında Deyvid Albrayt, BMT-nin sabiq rəhbəri və nüvə silahının yayılması ilə bağlı İSİS tədqiqat mərkəzinin rəhbəri hazırladıqları məruzədə bildiriblər ki, 2004-2008-ci ilərdə kosmosdan aparılan çəkilişlərə görə, Sağənd və Gəçən mədənlərində iş aparılmayıb.

Ola bilsin ki, İran hələ də 1970-ci ildə Cənubi Afrikadan idxal etdiyi 600 ton sarı tortdan istifadə edir. İSİS-in məruzəsinə görə, İran bu 600 tonluq sarı tortun 75 faizini istifadə edib.

Əlbəttə, İran Boliviya və Venesueladan uran idxal edə bilər. Venesuela Prezidenti Uqo Çavez bildirib ki, İran Venesuelanın uran mədənlərinin istismar planında atkiv iştirak edəcək. Bundan əlavə, Latin Amerikasında ABŞ-ın əleyhidarlarından, İranın isə yaxın müttəfiqlərindən olan Boliviyanın şərqində zəngin uran ehtiyatları mövcuddur. Lakin BMT TŞ-nin qətnamələri İrana uran satışına qadağa qoyub. İran isə Sağənd və Gəçən mədənlərindən ildə maksimum 50 min ton xam uran əldə edə bilər, bu isə 20 min MgVat nüvə elektrik enerjisinin istehsalını nəzərdə tutan bir plan üçün müvafiq deyil.

MAQATE-nin sabiq rəhbəri Məhəmməd əl-Baradeyi dəfələrlə bildirib ki, İranın nüvə proqramının sülhməramlı olmasına tam əmin deyil, bununla belə, rəsmi Tehranın nüvə silahı əldə etməsi ilə bağlı heç bir sübutun olmadığını da qeyd edib.

Hər halda, sutkada 520 milyon kubmetr qaz istehsal edən İran hələ də qaz idxalçısıdır və ildə 9 faiz daxili qaz tələbatı artır. Bu isə, İranın nə qədər nüvə enerjisinə ehtiyac duyduğunu açıq göstərir. Lakin həm İran, həm də Qərbin həddindən artıq bu proqramı siyasiləşdirməsi vəziyyətin gərginləşməsi ilə nəticələnib və beləcə də davam edir. Son nümumə kimi, MAQATE Hakimlər Şurasının noyabrın 27-də İranın "Fordo" adlı yeni uran zənginləşdirmə zavodunun "gizli" tikilişini pisləyərək, bu ölkə əleyhinə qətnamə qəbul etməsini və rəsmi Tehranın cavab olaraq, daha 10 uran zənginləşdirmə zavodu tikəcəyi ilə bağlı bəyanatını göstərmək olar.

Xəbər lenti

Xəbər lenti