...

Böyük Britaniyanın Tehrandakı səfiri Xarici İşlər Nazirliyinə çağırılacaq - İran XİN-in sözçüsü

Dünya xəbərləri Materials 29 Dekabr 2009 12:00 (UTC +04:00)
İranın Xarici İşlər Nazirliyinin mətbuat katibi Ramin Mehmanpərəst bu gün keçirdiyi həftəlik mətbuat konfransında bildirib ki, İran diqqətlə bəzi ölkələrin İran xalqına qarşı gördüyü işləri izləyir və bu nunla bağlı araşdırma aparır.
Böyük Britaniyanın Tehrandakı səfiri Xarici İşlər Nazirliyinə çağırılacaq - İran XİN-in sözçüsü

İranın Xarici İşlər Nazirliyinin mətbuat katibi Ramin Mehmanpərəst bu gün keçirdiyi həftəlik mətbuat konfransında bildirib ki, İran diqqətlə bəzi ölkələrin İran xalqına qarşı gördüyü işləri izləyir və bu nunla bağlı araşdırma aparır. Mehmanpərəst bəzi ölkələrin Tehranda baş verən son iğtişaşlarda əli olduğunu bildirib. Bu barədə Trend İranın İSNA xəbər agentliyinə istinadən məlumat yayıb.

"Bu məsələ ilə bağlı Böyük Britaniyanın Tehrandakı səfiri bu gün XİN-ə çağırılacaq və bu ölkənin İranın daxili məsələlərinə müdaxiləsi ilə bağlı etiraz ona çatdırılacaq", - Mehmanpərəst deyib.

Mehmanpərəst Aşura günü Tehrandakı iğtişaşlar zamanı bəzi əcnəbi jurnalistlərin qanunsuz fəaliyyət göstərdiklərini bildirərək onların həbs olunduğunu deyib. "Ola bilsin ki, bəzi şəxslər həbs ediliblər. Onlar qanunsuz şəkildə xəbər hazırlamaq niyyətində olublar. Onlar gərək jurnalist fəaliyyətini İranın Mədəniyyət Nazirliyi ilə razılaşdırdıqdan sonra həyata keçirsinlər", - Mehmanpərəst deyib.

Dekabrın 27-də Tehranda Aşura günü müxalifət tərəfdaşları ilə polis arasında qarşıdurma baş verib. Rəsmi məlumata əsasən, 8 nəfər həlak olub, 300 nəfər isə həbs olunub. Beynəlxalq informasiya agentliyinin məlumatına görə, ölənlərin sayı 15 nəfərdir, təxminən 550 nəfər həbs edilib.

Xəbər lenti

Xəbər lenti