...

İran Prezidenti Livan din xadiminin vəfatı ilə bağlı başsağlığı verib

Dünya xəbərləri Materials 5 İyul 2010 16:48 (UTC +04:00)
İran Prezidenti Mahmud Əhmədinejad Livan şiələrinin lideri ayətullah Məhəmməd Hüseyn Fəzlullahın vəfatı ilə bağlı başsağlığı verib.
İran Prezidenti Livan din xadiminin vəfatı ilə bağlı başsağlığı verib

İran Prezidenti Mahmud Əhmədinejad Livan şiələrinin lideri ayətullah Məhəmməd Hüseyn Fəzlullahın vəfatı ilə bağlı başsağlığı verib. Məlumatı Press TV yayıb.

Əhmədinejad Livan Prezidenti Mişel Süleymana ünvanladığı başsağlığı məktubunda bildirib ki, Fəzlullahın milli birliyin qurulmasındakı xidmətləri Livan tarixində əbədi yaşayacaq.

Ayətullah Fəzlullah bazar günü Beyrutda Bəhmən xəstəxanasında vəfat edib.

Xəbər lenti

Xəbər lenti