...

Türkiyə sentyabrda BMT Təhlükəsizlik Şurasına başçılıq edəcək

Dünya xəbərləri Materials 31 Avqust 2010 11:52 (UTC +04:00)
Türkiyə sentyabrın 1-dən bir ay müddətində BMT Təhlükəsizlik Şurasına başçılıq edəcək. Bu barədə Türkiyənin "Haberturk" informasiya saytı məlumat verib. Ölkəyə strukturun sədri səlahiyyətləri TŞ-in daimi üzvü Rusiyadan keçəcək.
Türkiyə sentyabrda BMT Təhlükəsizlik Şurasına başçılıq edəcək

Türkiyə sentyabrın 1-dən bir ay müddətində BMT Təhlükəsizlik Şurasına başçılıq edəcək. Bu barədə Türkiyənin "Haberturk" informasiya saytı məlumat verib. Ölkəyə strukturun sədri səlahiyyətləri TŞ-in daimi üzvü Rusiyadan keçəcək.

2009-cu ildə Türkiyə BMT TŞ-in 2 il müddətinə qeyri-daimi üzvü seçilib və artıq bir dəfə TŞ-yə rəhbərlik edib.

Türkiyənin sədrliyə başlaması BMT Baş Assambleyasının illik 65-ci iclasının keçirilməsi ilə eyni vaxta təsadüf edir. İclas sentyabrın 20-dən 22-dək Nyu-Yorkdakı mənzil-qərargahda keçiriləcək.

Sentyabrın ortalarında Prezident Abdullah Gülün və xarici işlər naziri Əhməd Davudoğlunun başçılıq etdikləri Türkiyənin yüksəkrütbəli rəsmi şəxslərindən ibarət nümayəndə heyəti Baş Assambleyanın iclasında iştirak çərçivəsində ikitərəfli və çoxtərəfli görüşlər keçirmək üçün Nyu- Yorka yola düşəcək.

Xəbər lenti

Xəbər lenti