...

Baş nazir Ərdoğan Türkiyənin Aİ-yə daxil olması üzrə danışıqların gedişindən məyusdur

Dünya xəbərləri Materials 21 Oktyabr 2010 10:46 (UTC +04:00)
Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan çərşənbə günü Finlandiya Prezidenti Tara Halonen tərəfindən onun Helsinkidəki rəsmi iqaməgahında qəbul edilib. Bu barədə "TRT Russian" məlumat verib.
Baş nazir Ərdoğan Türkiyənin Aİ-yə daxil olması üzrə danışıqların gedişindən məyusdur

Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan çərşənbə günü Finlandiya Prezidenti Tara Halonen tərəfindən onun Helsinkidəki rəsmi iqaməgahında qəbul edilib. Bu barədə "TRT Russian" məlumat verib.

Ərdoğan görüş zamanı Halonenə göstərilən qonaqpərvərliyə görə təşəkkürünü bildirib.

Öz növbəsində, Halonen qeyd edib ki, Finlandiya Türkiyənin Avropa İttifaqına üzvlüyünü dəstəkləyir.

Ötən həftə Yaxın Şərqə səfər etdiyini xatırladan Halonen bildirib ki, regionda Türkiyənin xeyirxahlığını bəyənir və tərifləyirlər.

Ərdoğan, həmçinin, Finlandiya Parlamentinin spikeri Sauli Niynitstyö ilə də görüşüb. Parlamentin binasında görüş 40 dəqiqə davam edib.

Ərdoğan Finlandiyadakı rəsmi görüşləri çərçivəsində Baş nazir Mari Kiviniemi ilə də görüşüb.

Danışıqlardan sonra keçirilən birgə mətbuat konfransında Ərdoğan bəyan edib ki, ölkəsinin Aİ-yə daxil olması üzrə danışıqların gedişinə münasibət bildirərkən, Türkiyənin hisslərini təsvir etmək üçün "məyusluq" sözü kifayət etmir. Bu barədə "Sinxua" agentliyi məlumat verir.

Onun sözlərinə görə, Türkiyəyə qədər Aİ-yə daxil olmaq üçün bu qədər uzun danışıqlar aparılmayıb və Aİ hazırkı danışıqların dalana dirənməsinə görə məsuliyyət daşıyır.

Ərdoğan qeyd edib ki, Türkiyə İslam dünyası ilə Qərb arasında körpüdür və Aİ üçün bir çox məsələlərdə faydalı ola bilər.

Ərdoğanın sözlərinə görə, Aİ kimi, Türkiyə də danışıqların uzanmasından ziyan çəkir.

Kiviniemi Türkiyədə aparılan islahatlara yüksək qiymət verib və Finlandiyanın Türkiyənin Aİ-yə daxil olmasını qətiyyətlə dəstəklədiyini bir daha təsdiqləyib.

Xəbər lenti

Xəbər lenti