...

İranda "Tu-154" təyyarələrinə bilet satışı qadağan olunub

Dünya xəbərləri Materials 11 Fevral 2011 11:15 (UTC +04:00)
İranının Mülki Aviasiya Təşkilatı ölkənin turizm və hava yolları şirkətlərinə məktub göndərərək, fevralın 20-dən Rusiya istehsalı olan "Tu-154" təyyarələrinə bilet satışını qadağan edib. Məktubda bildirilir ki, bu göstərişi pozan şəxlərə qarşı qanunauyğun ölçü götürüləcək, onlar məsuliyyətə cəlb olunacaqlar.
İranda "Tu-154" təyyarələrinə bilet satışı qadağan olunub

İranının Mülki Aviasiya Təşkilatı ölkənin turizm və hava yolları şirkətlərinə məktub göndərərək, fevralın 20-dən Rusiya istehsalı olan "Tu-154" təyyarələrinə bilet satışını qadağan edib. Məktubda bildirilir ki, bu göstərişi pozan şəxlərə qarşı qanunauyğun ölçü götürüləcək, onlar məsuliyyətə cəlb olunacaqlar. Bunu İranın Mülki Aviasiya Təşkilatının rəhbəri Reza Naxçıvani deyib. Bu barədə Trend İranın FARS xəbər agentliyinə istinadən məlumat verir.

O, əlavə edib ki, İranın bütün aviaşirkətləri fevralın 19-dək "Tu-154" təyyarələrinin istismarını yekunlaşdırmalıdır. Naxçıvaninin sözlərinə görə, bu tipli təyyarələri olan aviaşirkətlər onları başqa təyyarələrlə əvəzləməlidirlər.

Qadağanın səbəbi son dövrdə İranda "Tu-154" təyyarələrinin qəzaya uğramasıdır. 

2002-ci ildə "İran Hava Yolları" şirkətinə məxsus "Tu-154" təyyarəsi qəzaya uğrayıb. Təyyarənin göyərtəsindəki 119 nəfərin hamısı həlak olub. 2009-cu ildə İranın şimalında "Caspian Arlines" şirkətinə məxsus təyyarə Tehran-Yerevan reysini həyata keçirərkən təcili eniş zamanı qəzaya uğrayıb. Təyyarənin göyərtəsində 168 nəfər, o cümlədən 153 sərnişin olub. 2010-cu ildə daha bir "Tu-154" təyyarəsi Məşhəd şəhərinin hava limanında qəzaya uğrayıb. Olduqca sərt enişdən sonra təyyarə qismən dağılıb. Təyyarənin göyərtəsində 150 nəfər olub. Onlardan 42-si xəsarət alıb. Ölən olmayıb.

Naxçıvani əlavə edib ki, xəbərdarlıq məktubları "Iran Air Tour", "Kish Air", "Taban" və "Caspian" aviaşirkətlərinə göndərilib. Məktubda bildirilib ki, "Tu-154" təyyarələrinin son istismar vaxtı 19 fevraldır.

Xəbər lenti

Xəbər lenti